|
|||||||||
|
|
FEALIYYETLERIMIZ 20.01.2006-20 Yanvarla bagli tedbir Avstriya parlamentinə, siyasi partiyalara, ATƏT-in Vyanadakı qərargahına və Varşavadakı ınsan Haqları və Demokratik Təsisatlar Bürosuna, BMT-nin Vyanadakı bölməsinə,bütün eyalet bascilarina, və bütün millətvəkillərinə 20 Yanvar faciəsi haqqında geniş məlumatlar göndərilmişdir. Birliyin fəxri prezidenti, avstriyalı tarixçi-alim, yazıçı, türkşünas Erix Fayql öz ölkəsində çap olunan bütün qəzetlərə faciə ilə bağlı məlumatlar vermişdir . 01.11.2005-Azərbaycanın Avstriya səfiri ilə görüşü Ötən həftə Avstriya Respublikasında təhsil alan azərbaycanlı tələbələr Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Fuad İsmayılovla görüşmüşlər. Bu barədə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinə “Avstriya-Azərbaycan” Akademik Birliyinin sədri Elman Muradov məlumat vermişdir. Görüşdə Avstriya Respublikasında fəaliyyət göstərən “Avstriya Azərbaycan” Akademik Birliyinin üzvləri, həmçinin Avstriyanın bir sıra aparacı təhsil ocaqlarında təhsil alan tələbələr iştirak etmişlər. Tələbələr təhsil qayğılarından və üzləşdikləri problemlərdən söhbət açmışlar. “Avstriya Azərbaycan” Akademik Birliyinin sədri Elman Muradov tələbələrin və əsasən də rəhbərlik etdiyi cəmiyyətin ölkəmizi Avstriyada tanıtmaq, təbliğ etmək istiqamətində apardığı işlərdən danışmışdır. O, rəhbərlik etdiyi cəmiyyətin Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi ilə, Avstriya Respublikasında fəaliyyət göstərən Türk diasporasının bir çox icma və birlikləri ilə geniş əməkdaşlıq etdiyini vurğulamışdır. Görüş zamanı tələbələr 2006-cı il üçün nəzərdə tutduqları tədbirlər planı haqda qısa məlumat vermişlər. Azərbaycanlı tələbələr səfir Fuad İsmayılova onlara göstərdiyi diqqət və qayğıya görə minnətdarliqlarını bildirmiş və səfirliyin təşkil etdiyi bir çox bayram və rəsmi tədbirlərdə iştirak etmək arzusunda olduqlarını qeyd etmişlər. Səfirlə görüşdən sonra “Avstriya Azərbaycan” Akademik Birliyinin hesabat seçki yığıncağı keçirilmişdir. Yığıncaqda cəmiyyətin idarə heyətinin yeni tərkibi müəyyənləşdirilmişdir. Elman Muradov “Avstriya Azərbaycan” Akademik Birliyinin sədri vəzifəsinə, gənc tələbələr - Əliyev Baxış, Əhmədov Fərid, Rzayev Rüfət, Mirsalamlı Ülviyyə, Əliyeva İradə isə cəmiyyətin idarə heyətinin üzvləri seçilmişlər. 08.05.2005-II Dünya Müharibəsinin bitməsinin 60 illiyi ile bagli tedbir May ayının 8-də Avstriyanın Mauthauzen qəsəbəsində, Mauthauzen hərbi düşərgəsinin azad edilməsinin və II Dünya Müharibəsinin bitməsinin 60 illik yubileyi münasibətilə anma mərasimi keçirilmişdir. Tədbirdə Avstriya Respublikasının Prezidenti cənab Haynts Fişer, Avstriya Respublikasının Kardinalı cənab Şönborn, Avstriyanın siyasi partiya rəhbərləri və bir çox ölkələrin dövlət və hökumət başçıları, Avstriya Respublikasına akreditə olunmuş səfirliklərin nümayəndələri də iştirak etmişlər. Xatirə mərasiminə Azərbaycan Respublikasının Avstriya Respublikasındakı səfirliyinin əməkdaşları, o cümlədən Avstriyada yaşayan soydaşlarımız və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr qatılmışlar. Soydaşlarımız tədbir zamanı II Dünya Müharibəsi illərində Mauthauzen hərbi düşərgəsində həlak olmuş azərbaycanlı əsirlərin xatirəsinə həsr olunmuş xatirə lövhəsinin önünə əklillər qoymuşlar. Tədbirdə 21 min nəfərə yaxın insanın iştirak etdiyi bildirilir. May ayının 9-da isə faşizm üzərində qələbənin 60 illik yubileyi münasibəti ilə Vyanada Sovet əsgərinin şərəfinə ucaldılmış abidənin qarşısında bayram tədbiri keçirilmişdir. Tədbirə keçmiş müttəfiq respublikaların səfirliklərinin əməkdaşları və bu ölkələrdə yaşayan müxtəlif xalqların nümayəndələri qatılmışlar. Burada II Dünya Müharibəsi qurbanlarının xatirəsi yad edilmiş, abidə qarşısına əklillər qoyulmuşdur. 02.04.2005-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş yürüş 2 aprel 2005-ci il tarixdə Avstriyanın paytaxtı Vyana şəhərində Azərbaycan və türk icmalarının təşəbbüsü ilə Vyananın mərkəzi küçələlərindən biri olan Mariahilferştrasedən keçərək Ermənistan səfirliyinin yerləşdiyi Noybauqasseyədək 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş yürüş və səfirliyin önündə mitinq keçirilmişdir. Yürüş zamanı iştirakçılar “Ermənistan Azərbaycan ərazilərinin işğalına son qoysun!”, “Ermənistan azərbaycanlılara qarşı törədilmiş soyqırımı tanımalıdır!”, “Erməni uşaq qatillərinə ar olsun!” kimi şüarları səsləndirmişlər. Yürüş iki saat davam edərək səfirlik önündə Ermənistan səfirliyinə ünvanlanmış bəyannamənin oxunuşu ilə başa çatmışdır. Bəyannamə oxunuşundan sonra Ermənistan səfirliyinin önünə soyqırımı əks etdirən stend qoyulmuşdur. Polisin müşayəti ilə keçən möhtəşəm yürüş tam dinc şəraitdə sona çatmışdır. 22.03.2005-Metbuat konfransi Mart ayının 22-də Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Avstriya Türk İslam və Sosial Yardımlaşma Birliyinin sədri və Türkiyənin Vyanadakı səfirliyinin dini məsələlər üzrə müşaviri Harun Dəmirçi, Avstriyadakı türk icmalarının nümayəndələri ilə görüşüblər. Görüşdə Türk və Azərbaycan diaspor təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsi, iki ölkənin ümumi maraqlarının keçdiyi proseslərlə bağlı vahid mövqedən çıxış etməyin zəruriliyi və.s. məsələlər ətrafında müzakirələr aparılıb. Görüş zamanı Dövlət Komitəsinin əməkdaşları komitənin ötən dövrdəki fəaliyyəti barədə Türk diasporunun nümayəndələrinə ətraflı məlumat veriblər. Müzakirələrdə Avropadakı Türk və Azərbaycan diasporunun birgə fəaliyyət strategiyasının müəyyənləşdirilməsi məqsədilə praktik konfransın keçirilməsi və Avstriyada fəaliyyət göstərən Azərbaycan və Türk icmalarının fəaliyyətini koordinasiya edəcək bir qurumun da yaradılması barədə razılıq əldə edilib. Türk diasporunun nümayəndələri Avstriyada yaşayan həmvətənlərimizin böyük intellektual potensiala malik olduqlarını xüsusi qeyd edərək, bu potensialdan səmərəli istifadə edilməsi üçün bəzi tədbirlərin görülməsinin zəruriliyini vurğulayıblar. Avstriya Türk İslam və Sosial Yardımlaşma Birliyinin sədri H.Dəmirçi Azərbaycan diasporunun fəaliyyətinə hər cür yardım göstərməyə hazır olduğunu bəyan edib və Azərbaycan icması üçün rəhbərlik etdiyi cəmiyyətin yerləşdiyi binada ofis ayrılmasını təmin edəcəyinə söz verib. Türk diasporunun təmsilçiləri Azərbaycanı daha yaxından tanıtmaq və Avstriyada ölkəmiz haqqında həqiqətlərin ictimaiyyətə çatdırılmasını təmin etmək üçün Vyanada «Azərbaycan evi»nin açılmasının məqsədəuyğun olduğunu qeyd ediblər. Görüşdə Azərbaycan Respublikasının Avstriyadakı səfirliyinin əməkdaşları və Azərbaycan icmasının nümayəndələri iştirak etmişlər. Dövlət Komitəsinin əməkdaşları Vyana Universitetinin professoru, Azərbaycan diasporunun yaxın dostu Erik Fayqlı öz evində ziyarət ediblər. Görkəmli alim erməni terrorçularının törətdikləri vəhşiliklərdən Avropa ictimaiyyətinin xəbərsiz olduğunu vurğulayıb. O, erməni diasporunun apardığı təbliğatın qarşısının alınması üçün öz məsələhət və tövsiyələrini söyləyib və Azərbaycan və türk diasporunun fəaliyyətinin koordinasiya olunmasının vacibliyini önə çəkib. E.Fayql Avstriyada, eləcə də Avropanın başqa ölkələrində məskunlaşmış azərbaycanlıların Avopa cəmiyyətinə uyğunlaşmasının böyük əhəmiyyət kəsb etdiyini dilə gətirib. Avropa Azərbaycanlıları Konqresinin yaradılmasını alqışladığını diqqətə çatdıran E.Fayql bu təşkilatın fəaliyyətinin canlandırılmasının vacib olduğunu vurğulayıb. Avstriyalı professor erməni terroroçuluğuna həsr olunmuş kitabının artıq nəşrə hazırlandığını, lakin kitabın çapı üçün maliyyə probleminin hələ həll edilmədiyni diqqətə çatdırıb. Dövlət Komitəsinin əməkdaşları Vyanada Türk Dərnəkləri Federasiyasının rəhbəri Yalçın Satılmışla da görüşüblər. Bu görüşdə də Türk və Azərbaycan diaspor təşkilatlarının əməkdaşlığının əhəmiyyəti haqqında danışılıb və Y.Satılmış Dövlət Komitəsinin əməkdaşlarını, eləcə də Azərbaycan diasporunun nüamayəndələrini Federasiyanın yaxın zamanlarda keçirilməsi gözlənilən qurultayına dəvət edib. O, Türk və Azərbaycan diaspor təşkilattlarının bir-birinin tədbirlərində fəal iştirak etməsinin vacibliyindən danışıb. Dövlət Komitəsinin nümayəndələri Vyanadakı Avstriya- Azərbaycan Akademik Birliyinin üzvləri ilə də görüşüblər. Burada diasporumuzun indiki durumu və gələcək perspektivləri haqqında fikir mübadiləsi aparılıb. Müzakirələrin sonunda Avstriyada fəaliyyət göstərən Azərbaycan icmalarının adından Şuşada ermənilərin «arxeoloji qazıntılar» aparmaq cəhdi ilə bağlı YUNESKO-ya müraciət qəbul edilmişdir. Sənəddə Şuşa ətrafında «erməni izi» axtarışlarının mənasızlığı göstərilir və qeyd olunur ki, Şuşanın, eləcə də bütün Qarabağ ərazisinin tarixən azəbaycanlılara məxsus olduğu hətta avropalı və rusiyalı tədqiqatçıların əsərlərində də öz təsdiqini tapmışdır. «Uzun illər ərzində aparlımış tədqiqatların heç birində ermənilərin Dağlıq Qarabağın aborogen əhalisi olduğuna dair hər hansı fakt öz əksini tapmamışdır. Əksinə Azıxantropun çənə sümüyü üzərində aparılmış tədqiqatlar məhz azərbaycanlıların bu ərazinin aborogenləri olduğunu təsdiqləmişdir. Qarabağ ərazisindəki abidələrin Son Tunc Dövrünə aid olması bütün tədqiqatldarda təsdiqləndiyi halda ermənilər, ərazidə Eneoloit dövrünə aid abidələrin tapılacağı barədə gülünc və reallıqdan tamamilə uzaq, eyni zamanda başlamaq niyyətində olduqları «tədqiqatların» saxta perspektivinə hesablanmış iddialarla çıxış etməkdədirlər. Bu mülahizələrin ermənilərin Dağlıq Qarabağın «aborogen əhalisi» olduğunu isbat etmək üçün uydurulduğu şübhəsizdir». Cəmiyyət tarixi faktları əsaslanaraq beynəlxalq təşkilatları, o cümlədən,YUNESKO-nu erməni təddiqaqtçılarının tarixi saxtalaşdırmaq cəhdinə etiraz etməyə çağırır. «Bu bir sıra beynəlxalq konvensiyalar, o cümlədən 14 may 1954-cü ildə qəbul edilmiş YUNESKO-nun «Silahlı münaqişələr zamanı mədəni adəyərlərin qorunması haqqında» Haaqa Konvesnsiyasının müddəlarına tamamilə ziddir.» - deyə sənəddə bildirilir. Avstriyada fəaliyyət göstərən Azərbaycan icmaları «31 mart Azərbaycanlıların soyqırım günü» münasibətilə beynəlxalq təşkilatlara da müraciət ünvanlamışdır. Müraciətdə ermənilərin azərbaycanlılara qarşı uzun illərdən bəri apardıqları soyqırım və deportasiya siyasətinə dair faktlar öz əksini tapmışdır. «Həmin günlərdə Bakı, Şamaxı, Muğan, Quba, Naxçıvan və Lənkəranda 50 min azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirimiş, 10 minlərlə insan öz torpaqlarından qovulmuşdur. Təkcə Bakıda erməni terrorçuları tərəfindən öldürülənlərin sayı 30 minə çatmışdır. Şamaxı qəzasında 58, Qubada 122, Qarabağın dağlıq hissəində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində isə 92 kənd tamamilə yerlə yeksan edilmişdir. Yalnız Şamaxı qəzasında 7 min nəfər öldürülmüşdür ki, onlardan 1653 nəfəri qadın, 965 nəfəri isə uşaq olmuşdur. Azərbaycanın tarixi ərazisi olan İrəvan quberniyasında 1920 ev yandırılmış, 131 min 900 nəfər isə qətlə yetirilmişdir». Avstriyada yaşayan azərbaycanlılar bu faktları dünya ictimaiyyətinin, planetimizdə sülhün və əmin-amanlığın təmin olunmasına çalışan beynəlxalq təşkilatların diqqətinə çatdıraraq Azərbaycan xalqına qarşı törədilmiş dəhşətli cinayətlərə etirazlarını bildirməyə dəvət edir. «Biz, Avstriyada yaşayan azərbaycanlılar bütün beynəlxalq təşkilatları 31 martı azərbayanlıların soyqırım günü kimi tanımağa və bu hadisəyə düzgün siyasi-hüquqi qiymət verməyə çağırırıq.» - deyə sənəddə bildirilir. 19.03.2005-Novruz bayrami ile bagli kosert proqramı Mart ayının 19-da isə Novruz bayramı münasibətilə Vyana Konservatoriyasında Azərbaycanlı müğənni Azərin solo-kosert proqramı ilə çıxış edib. Tədbiri Vyana Universitetinin professoru, Avstriya- Azərbaycan Akademik Birliyinin fəxri sədri Erik Fayql açaraq, Novruz bayramının tarixindən, xalqımızın milli adət-ənənələrindən danışıb. Avstriya Azərbaycan Akademik Birliyinin təşəbbüsü ilə baş tutan kosertdə Belçika, Qazaxıstan və Türikiyə səfirliyinin əməkdaşları da iştirak ediblər. Mart ayının 20-də Dövlət Komitəsinin əməkdaşları Vyanada Türkiyə Respublikasının bəzi kütləvi informasiya vasitələrinin bu ölkədəki təmsilçiləri üçün geniş mətbuat konfransı keçiriblər. 18.03.2005-Novruz bayrami ile bagli tedbir Mart ayının 18-də Avstriyada Novruz bayramı təntənəli şəkildə qeyd olunub. Avstriya-Azərbaycan Akademik Birliyinin, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Avstriyadakı səfirliyinin birgə təşəbbüsü və təşkilatçılığı ilə keçirilən bu tədbirə Avstriya Türk İslam və Sosial Yardımlaşma Birliyinin, Avstriya-Türk Dərnəkləri Federasiyasının və «Azər-ATA» Dostluq Cəmiyyətinin Vyanadakı nümayəndələri, eyni zamanda bu ölkədə təhsil alan azərbaycanlı tələbələr də qatılıblar. Dövlət Komitəsindən tədbirdə şöbə müdirləri Nazim Qaraxanov və Nəriman Qurbanov iştirak ediblər. 20.01.2005-20 Yanvarla bagli tedbir Bu
il 20 Yanvar faciəsinin 15-ci ildönümü Vyanada da qeyd olundu. Avstriyada
yaşayan azərbaycanlilar bu tədbirə qatıldı. Azərbaycan Respublikasının
Avstriyadakı Səfirliyində Səfirlik ve Azerbaycan Akademik Dərnəyinin
birlikde tertib etdiyi 20 yanvar tarixində, cümə axshamı saat 18.00
keçirilən tədbirin planını diqqətinizə catdırırıq: 02.10.2004-Dövlət Komitəsinin sədri Nazim Ibrahimov ile görüs Səfərlər
çərçivəsində nümayəndə heyyəti ilk olaraq Avstriyanın paytaxtı Vyana
şəhərində təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirmişdir. Görüşdə
Vyanada fəaliyyət göstərən tələbələrin “Azərbaycan Akademik Birliyi”
üzvləri, cəmiyyətin sədri Elman Muradov və digər soydaşlarımız iştirak
etmişlər. Cəmiyyətin sədri Elman Muradov bu görüşdən razı qaldığını
bildirmiş, Dövlət Komitəsinə və sədr Nazim İbrahimova onların cəmiyyətini,
bu ölkədə təhsil alan bütün tələbələri və ümumən Avstriyada məskunlaşan
soydaşlarımızı diqqətdən kənarda qoymadığı üçün minnətdarlığını
bildirmişdir. 01.07.2004 Ilahe Efendiyevanin Konserti Afrika Asiya Istitutu Iyul ayinin 1 de Afrika Asiya Institunda ,Azerbaycan Akademik Derneyi ve Vyana Belediyyesi Medeniyyet Dairesinin tertib etdiyi,Azerbaycanin Opera mügennisi Ilahe Efendiyevanin konserti kecirildi.Bu konsertde,Ilahe Efendiyeva,Azerbaycan ve Avstriya opera eserlerinin yaninda,basqa dünya xalqlarinin eserlerini de seslendirdi.Bu konsert,istirakcilarda böyük memnuniyyet hissi oyandirdi.Onu da qeyd edek ki,“Wien Kammer Oper-Vyana Opera Kamerasi“nin tertib etdiyi beynelxalq müsabiqede ilk defe istirak eden Azerbaycani Ilahe xanim temsil edir ve müsabiqenin ve Ilahe xanim müsabiqenin ilk turunu müveffeqiyyetli bir sekilde kecmeyi bacarib.
07.06.2004-Bir Neftin Hekayesi-Azerbaycan örneyi-Afrika Asiya Institutu´ndaki seminar Iyun ayinin 7 de Afrika Asiya Institunda Azerbaycan Akademik Derneyi ve Afria Asiya Institunun birlikde tertib etdiyi „Bir Neftin Hekayesi-Azerbaycan Nümunesi“ adli seminar kecirildi.Seminarin meruzecisi,Vyana Universiteti Siyasi Elmler Institunun dissertanti Ilqar Eliyev idi.Ilqar Eliyev,istirakcilari Azerbaycan iqtisadiyyati ve Azerbaycan nefti haqqinda etrafli melumatlandirdi.Meruzeden sonra,istirakcilar Azerbaycan ile elaqedar suallarini meruzeciye yöneltdiler.Cox semereli ve faydali kecen bu seminardan sonra,Afrika Asiya Institutu ile emekdasligin bundan sonra da davam etdirilmesinin her iki teref cehetinden de semereli oldugundan,davam etdireleceyi haqqinda razilasma elde olundu.
Azərbaycanın Avstriya səfiri ilə görüşü-01.11.2005 Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş yürüş- 02.04.2005 Novruz bayrami ile bagli kosert proqramı-19.03.2005 Avropa Azerbaycanlilari Kongresi - Berlin 17.04.2004 SPÖ(Avstriya Sosial Demokrat Partiyasi)de görüs17.03.2004 28 may futbol turniri - 25.05.2003 28 may futbol turniri - 16.06.2002
|
| |||||||
Aserbaidschanischer Akademischer Verein
Quadenstrasse 8/35/14 A1220
Wien
Tel:004369912961245, E-mail: asakverein@yahoo.de
Konto: AT20 1200
0500 2098 9301/ BIC = BKAUATWW